"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçilib

"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçilib
5 Sentyabr 2017
Mətni dəyiş

"Qəbələ" klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. 

"Report"un məlumatına görə, bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərindəki Baş Assambleyasında qəbul olunub.

İclasda klubu baş menecer Zaur Əzizov təmsil edir. Qərara əsasən, "qırmızı-qaralar" ECA-da hələlik assosiativ üzv statusuna malik olacaqlar. Bu klub Azərbaycan Premyer Liqasını tərk etmiş AZAL-ı əvəzləyib. Beləliklə, ölkənin ECA-dakı təmsilçiləri siyahısında dəyişiklik baş verib.

Azərbaycanın digər klubları - "Qarabağ" və "Neftçi" qurumda tamhüquqlu üzv statusuna malikdir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun