Mikayıl Cabbarov Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Mikayıl Cabbarov Qılıncoynatma Federasiyasının prezidenti seçilib
20 Sentyabr 2017
Mətni dəyiş

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Konfransda qurumun yeni tərkibi müəyyənləşib.

Tədbirdə Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edəcək.

O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.

İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun