Bu gün "Qarabağ"ın rəqibinin yeni stadionunun açılışı olacaq

Bu gün "Qarabağ"ın rəqibinin yeni stadionunun açılışı olacaq
16 Sentyabr 2017
Mətni dəyiş

Bu gün 2018/2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçının keçirilməsi uğrunda mübarizədə Bakı Olimpiya Stadionunun yeganə rəqibi olan İspaniyanın paytaxtı Madriddəki "Estadio Metropolitano"nun açılışı olacaq.

ÇL-də “Qarabağ”la eyni qrupda yer alan “Atletiko”nun rəqiblərini qəbul edəcəyi stadionda ilk görüş “Malaga”ya qarşı reallaşacaq.

İspaniya La Liqasının IV turu çərçivəsində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Madriddəki 68 min nəfərlik arenada ilk ÇL matçı sentyabrın 27-də "Atletiko" ilə "Chelsea" arasında olacaq. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, oktyabrın 31-nə təsadüf edəcək.

2018/2019 mövsümündə ÇL-in final matçının keçirilməsi ilə bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun