Bakıda baş tutacaq Avroliqanın finalının keçiriləcəyi tarix bəlli olub

Bakıda baş tutacaq Avroliqanın finalının keçiriləcəyi tarix bəlli olub
21 Sentyabr 2017
Mətni dəyiş

UEFA 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların açıqlayıb.

Abzas.net xəbər verir ki, qitənin mötəbər turnirlərindən birinin finalı Bakıda keçiriləcək.

Belə ki, Çempionlar Liqasının finalı Madriddəki “Vanda Metropolitano” arenasına, Avropa Liqasının finalı isə Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı “Vodafon Park” Arenada keçiriləcək.

Qeyd edilən oyunların keçiriləcəyi tarixlər də artıq müəəyənləşib.

UEFA-nın saytında yer alan məlumatda Super Kubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun