Zlatan İbrahimoviç “Mançester Yunayted”lə yeni müqavilə bağlayıb

Zlatan İbrahimoviç “Mançester Yunayted”lə yeni müqavilə bağlayıb
24 Avqust 2017
Mətni dəyiş

İsveçli futbolçu Zlatan İbrahimoviç İngiltərənin “Mançester Yunayted” klubu ilə yeni müqavilə bağlayıb.

“Report”un Mançester təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı hücumçu bir illik sözləşməyə imza atıb. O, artıq 9 deyil, 10 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm də “Mançester Yunayted”in formasını geyinib. O, iştirak etdiyi 46 matçda 26 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun