UEFA "Kopenhagen"-in "Qarabağ"ın kapitanı ilə bağlı şikayətini rədd edib

UEFA "Kopenhagen"-in "Qarabağ"ın kapitanı ilə bağlı şikayətini rədd edib
17 Avqust 2017
Mətni dəyiş

UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.

"Kopenhagen"in rəsmi saytının məlumatına görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun