“Qarabağ” Yunanıstandan futbolçu gətirir

“Qarabağ” Yunanıstandan futbolçu gətirir
31 Avqust 2017
Mətni dəyiş

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirməyə hazırlaşır. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrike ilə anlaşıb.

Klublar arasında uzun müddətdi aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. PAOK 27 yaşlı “sambaçı”nı satmağa çalışsa da, “Qarabağ” yunanlarla icarə məsələsində ortaq məxrəcə gəlib. Gün ərzində Pedronun keçidinin açıqlanması gözlənilir.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun