Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq
19 Avqust 2017
Mətni dəyiş

Norveç milli komandası Azərbaycan və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində futbolçu itkisi ilə üzləşib. "Report"un məlumatına görə, İngiltərənin "Hall Siti" klubunda forma geyinən Markus Henriksen 2 ayadək sıradan çıxıb.

O, Çempionşipin IV turunda "Vulverhempton"a 2:3 hesabı ilə uduzduqları ev oyununun ikinci hissəsində ayağından zədələnib. Həkimlər 25 yaşlı yarımmüdafiəçinin bərpa dövrünün 6 həftəyədək çəkəcəyini bildiriblər. Henriksen bu il ikinci dəfə xəsarət alıb. Orta sahə oyunçusu qışda yaşıl meydanlardan 3 ayadək kənarda qalmışdı.

Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək. Markus Henriksen 2016-cı il oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları görüşdə 90 dəqiqə çıxış edib. C qrupunda 6 turdan sonra Azərbaycan 7 xalla 4-cü, Norveç 4 xalla 5-ci pillədə qərarlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun