Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib
17 Avqust 2017
Mətni dəyiş

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

“Report”un ATF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun