Bu gün "Qarabağ" ÇL-də növbəti oyununu keçirəcək

Bu gün "Qarabağ" ÇL-də növbəti oyununu keçirəcək
1 Avqust 2017
Mətni dəyiş

Bu gün "Qarabağ" futbol klubu Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Abzas.net xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" klubunun qonağı olacaq.

Bu oyunun Qarabağ və ümumilikdə Azərbaycan futbolu üçün tarixi əhəmiyyəti var. "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda, ÇL-də "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaq.

Bakıda keçirilən ilk oyun 0-0 hesabı ilə yekunlaşıb.

Ölkə çempionu bunu bacaracağı təqdirdə, həm də, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun