Andrés Iniesta 'Barselona'dan getmət istəyir?

Andrés Iniesta 'Barselona'dan getmət istəyir?
21 Avqust 2017
Mətni dəyiş

İspaniya milli komandasının futbolçusu Andrés Iniesta mövsümün sonunda "Barselona" klubunu tərk edə bilər. 

Bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü "El Pais"ə açıqlamasında bildirib. Kapitan son zamanlar əvvəllər üzləşmədiyi hallarla qarşılaşmalı olub:

"Hələ də klubumla müqaviləmi uzatmamışam. Mənə tanış olmayan hissləri keçirirəm. Amma fikrimcə, bu, normaldır. İndiki ssenarini 3 il əvvəl təsəvvür belə edə bilməzdim. Artıq "Barsa"dan getməyi planlaşdırıram. Amma əvvəllər bunu etməzdim".

Andrés Iniesta-nın hazırkı müqaviləsi 2018-ci yayında bitir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun