"Samtredia" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib

"Samtredia" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib
5 İyul 2017
Mətni dəyiş
Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Gürcüstanın "Samtredia" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib. "Report"un məlumatına görə, iyulun 18-də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. Görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunacaq. Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun