“Real”ın müdafiəçisi “Yuventus”la müqavilə bağlayıb

“Real”ın müdafiəçisi “Yuventus”la müqavilə bağlayıb
3 İyul 2017
Mətni dəyiş
“Real”ın müdafiəçisi Danilo karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu “Yuventus”la anlaşıb. Klublar transfer məsələsində artıq ortaq məxrəcə gəliblər və yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb. Sağ cinah müdafiəçisi “qoca sinyora”ya 20 milyon avroya başa gəlib. İtalyanlar onu komandadan ayrılan digər “sambaçı” Dani Alveşin boşluğunu doldurmaq üçün transfer edib. Danilo “Real”a 2015-ci ildə 31,5 milyon avro müqabilində “Porto”dan keçmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun