"Qəbələ" Avroliqaya göndərəcəyi oyunçuların siyahısını təqdim edib

"Qəbələ" Avroliqaya göndərəcəyi oyunçuların siyahısını təqdim edib
8 İyul 2017
Mətni dəyiş
"Qəbələ" komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Abzas.net klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Polşanın "Yagelloniya” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini Avropa futbol qurumuna təqdim edib. A vərəqində 22 futbolçunun adı yer alıb. Qapıçılar: 22. Dmitri Bezotosnı 23. Aqil Məmmədov Müdafiəçilər: 3. Vojislav Stankoviç 5. Rasim Ramaldanov 7. Deyv Bultuis 15. Vitali Vernidub 18. İlqar Qurbanov 34. Ürfan Abbasov Yarımmüdafiəçilər: 4. Elvin Camalov 6. Elvin Məmmədov 7. Araz Abdullayev 11. Asif Məmmədov 12. Endi Hallidey 14. Cavid Hüseynov 16. Dion Malone 19. Filip Ozobiç 20. Xavi Ernandes Qonzales 88. Tellur Mütəllimov Hücumçular: 9. Baqali Dabo 10. Ruslan Qurbanov 28. Stefan Jozef-Monroz 45. Famoussa Kone "Qəbələ” ilə "Yagelloniya” arasında ilk oyun iyulun 13-də, cavab matçı iyunun 20-də baş tutacaq. "Qırmızı-qaralar” ilk görüşü evdə keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun