Polşada sovet heykəllərini sökməyə icazə verən qanun qəbul olunub

Polşada sovet heykəllərini sökməyə icazə verən qanun qəbul olunub
17 İyul 2017
Mətni dəyiş

Polşada sovet heykəllərini sökməyə icazə verən qanun qəbul olunub.

Abzas.net xəbər verir ki, Polşa prezidenti Anjey Duda kommunizmin təbliğatının qadağan edilməsinə dair qanuna dəyişiklikləri imzalayıb.

Bu dəyişikliklər həm də, sosializm dövründə ölkə ərazisində quraşdırılmış sovet və kommunizm simvollarını özündə əks etdirən heykəllərin uçurdulmasına icazə verəcək.

22 iyunda Polşanın aşağı palatası (seym) kommunizmin və ya hər hansı başqa totalitar quruluşun bina və obyekt adlarında, həmçinin heykəl və tarixi obyektlərdə təbliğ edilməsini qadağa edən qanuna dəyişikliklər edib.

 Qanun küçələri, məktəbləri, mədəniyyət mərkəzlərini, teatrları, idman klubların, klinikaları və başqa tikilliləri kommunist xadimlərinin və ya kommunist partiyasının şərəfinə adlandırmağı qadağan edir. Qadağa altına həmçinin müxtəlif tarixlər də düşə bilər. Məsələn "7 noyabr".

Bundan əlavə qanun sovet dövründə Polşa ərazisində quraşdırılmış heykəllərin və tarixi abidələrin yenilənməsini və ya götürülməsini nəzərdə tutur. Onların üstündən sovet sistmeini təbliğ edən 5 qüşəli ulduzlar və digər sovet simvolları yığışdırılmalı olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun