"İnter" - "Mladost" matçının hakimlərinin adı açıqlanıb

"İnter" - "Mladost" matçının hakimlərinin adı açıqlanıb
1 İyul 2017
Mətni dəyiş
Bakının “İnter” klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” komandası ilə cavab matçını idarə edəcək hakimlər müəyyənləşib.
“Report”un məlumatına görə, iyulun 6-da “Dalğa Arena”da baş tutacaq görüş ukraynalı hakimlərə həvalə edilib.
Qarşılaşmanın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri Vladimir Volodin və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.
Hakimlərin işinə polşalı Robert Malek qiymət verəcək.
Qeyd edək ki, bu kollektivlər arasında Serbiyada baş tutan matçda “İnter” 3:0 hesabı ilə qalib gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun