Alina Kabayeva bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub

Alina Kabayeva bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub
5 İyul 2017
Mətni dəyiş
2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi Alina Kabayeva bu il İtaliyanın Pezaro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub. “Report” xəbər verir ki, bu barədə Rusiya Bədii Gimnastika Federasiyasının “Instagram” səhifəsində məlumat yerləşdirilib. Beynəlxalq Gimnastika Federasiyası bu ildən etibarən hər dünya çempionatı üçün səfir seçməyə qərar verib. Səfirin əsas missiyası bədii gimnastikanı beynəlxalq səviyyədə təşviq etməkdir. O, ictimai tədbirlərdə, medal mərasimlərində və mətbuat konfranslarında iştirak etməlidir. Qeyd edək ki, Alina Kabayeva həm də ikiqat dünya və və beşqat Avropa çempionudur. Dünya çempionatı avqustun 29-dan sentyabrın 3-dək keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun