ABŞ yığması 6-cı dəfə KONKAKAF-ın qalibi olub

ABŞ yığması 6-cı dəfə KONKAKAF-ın qalibi olub
27 İyul 2017
Mətni dəyiş

ABŞ yığması finalda Yamayka millisini məğlub edərək 6-cı dəfə KONKAKAF-ın qalibi olub. Turnir ABŞ-da keçirilirdi.

Abzas.net xəbər verir ki, Kaliforniya ştatının Santa-Klara şəhərində baş tutan görüşdə meydan sahibləri Joze Altidor və Jordan Morris-in qolarıyla 2:1 hesabı ilə qalib gəlib. Qonaqların təsəlli qoluna isə Ji-Von Watson imza atıb.

KONKAKAF-ın qızıl kuboku turniri 1991-ci ildən keçirilir. ABŞ bu kuboku 6-cı dəfə qazandı. Titula ən çox yiyələnən komanda isə Meksika yığmasıdır. Onlar 7 dəfə yarışın qalibi olublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun