“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib

“DÇ-2018”-in seçmə mərhələsinin növbəti oyunları keçirilib
12 İyun 2017
Mətni dəyiş
Bu gün, iyunun 11-də 2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində D, G və I qruplarda VI turun oyunları keçirilib.
D qrupunda lider Serbiya Uelslə xalları bölüb. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya da Avstriya ilə bərabərə qalıb. Qrupun autsayderləri Gürcüstanla Moldova da digərlərindən fərqlənməyiblər.
G qrupunda İspaniya Makedoniyanı, ikinci İtaliya isə zəif Lixtenşteyni məğlub edib. İsrail - Albaniya matçı qonaqların rahat qələbəsi ilə yekunlaşıb.
I qrupunun lideri Xorvatiya izləyicisi İslandiyaya uduzub. Ukrayna Finlandiyanı, Türkiyə isə Kosovanı xalsız qoyub.
2018 DÇ-nin seçmə mərhələsi - VI tur
D qrupu
İrlandiya – Avstriya - 1:1
Qollar: Valters, 85 - Hintereger, 31
Moldova – Gürcüstan - 2:2
Qollar: Ginsari, 15, Dedov, 36 - Merabaşvili, 66, Kazaişvili, 70
Serbiya – Uels - 1:1
Qollar: Mitroviç, 74 - Remzi, 35 (penalti)
G qrupu
Makedoniya – İspaniya - 1:2
Qollar: Ristovski, 66 - David Silva, 15, Dieqo Kosta, 27
İtaliya – Lixteynşteyn - 5:0
Qollar: İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5
İsrail – Albaniya - 0:3
Qollar: Sadiku, 22, 44, Memuşay, 72
I qrupu
Finlandiya – Ukrayna - 1:2
Qollar: Pohjanpalo, 72 - Konoplyanka, 51, Besedin, 75
İslandiya – Xorvatiya - 1:0
Qol: Maqnusson, 90
Kosova - Türkiyə - 1:4
Qollar: Rrahmani, 22 - Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun