AZAL futbol klubu "Şüvəlan" adı altında fəaliyyətini davam etdirəcək

AZAL futbol klubu "Şüvəlan" adı altında fəaliyyətini davam etdirəcək
12 May 2017
Mətni dəyiş
AZAL futbol klubu fəaliyyətini davam etdirəcək.
Paytaxt təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, AZAL klubun ləğv edilməsi ilə bağlı 2017-ci il mayın 3-də verilən bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.
Məlumata görə, bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb və AZAL-ın “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.
Klub yeni mövsümdə I Divizionda təmsil olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun