Azərbaycan yarışların ilk günündə 22 medal qazanıb

Azərbaycan yarışların ilk günündə 22 medal qazanıb
14 May 2017
Mətni dəyiş
Mayın 13-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının birinci gününün yekununda medal siyahısına Azərbaycan yığması başçılıq edir.
Azərbaycan yarışın birinci günündə 22 medal qazanıb. Medallardan 10-u qızıl, 9-u gümüş, 3-ü isə bürüncdür.
Azərbaycana ilk qızıl medalı atıcılıq yarışında çıxış edən Ruslan Lunyov qazandırıb.
Medal siyahısında ikinci yerdə Türkiyə millisi qərarlaşıb. Türkiyə millisinin hesabında 27 - 10 qızıl, 7 gümüş və 10 bürünc medal var. Ümumilikdə yarışın birinci günündə 13 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.
IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmisi və bir o qədər də texniki nümayəndə gəlib.
İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun