“Azərbaycan 1941-1945: Sovet İttifaqı Qəhrəmanları” adlı kitab çapdan çıxıb

“Azərbaycan 1941-1945: Sovet İttifaqı Qəhrəmanları” adlı kitab çapdan çıxıb
3 May 2017
Mətni dəyiş
Hərb tarixinin araşdırıcısı Azad Hüseynov ikinci dünya müharibəsi iştirakçıları olan azərbaycanlılara həsr etdiyi əsərləri ilə tanınır.
Abzas.net bildirir ki, xüsusilə onun “Azərbaycan 1941-1945. Aleksandr Nevski ordeni kavalerləri” və “Azərbaycan 1941-1945. Söhrət ordeni kavalerləri” kitablarını qeyd etmək lazımdır.
O, azərbaycanlıların və Azərbaycanın faşizm üzərindəki qələbədə töhfəsinin öyrənilməsi üzrə səmərəli işini davam etdirərək, “Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları” adlı yeni əsərini hazırlayıb.
Oxucuların diqqətinə təqdim olunan kitab azərbaycanlıların İkinci dünya müharibəsində iştirakına həsr olunmuş “Azərbaycan 1941-1945” mövzusunda böyük layihənin davamıdır. Əvvəlkilər kimi, bu kitab da Rusiya Federasiyası Müdafiə Nazirliyinin arxiv sənədlərinə əsaslanmış və döyüş meydanlarında göstərdikləri qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş azərbaycanlılara həsr olunub.
Sovet İttifaqının mükafat sistemində ən yüksək və fəxri ad Sovet İttifaqı Qəhrəmanı adı idi. Bu adla təltif olunanlara SSRİ-nin ali ordeni – Lenin ordeni və “Qızıl ulduz” medalı verilirdi.
Azad Hüseynov tərəfindən böyük iş görülmüş, azərbaycanlı və Azərbaycandan cəbhəyə çağırılan 52 Sovet İttifaqı Qəhrəmanının tərcümeyi-halı müəyyən edilib.
Xüsusilə qeyd edək ki, Vətən tarixşünaslığında ilk dəfə olaraq müəllif tərəfindən Qəhrəman adına təqdim olunub, lakin müxtəlif səbəblərə görə bu adı almamış 14 azərbaycanlının (onlardan ikisi-2 dəfə) tərcümeyi-halı verilib.
Kitab əlifba prinsipi üzrə qurulduğu üçün, oxucunun lazımı tərcümeyi-halı tapması da asanlaşır və dövrün xüsusi hərbi terminlərinin annotasiyaları isə qavrama prosesini yüngülləşdirir.
Bildirək ki, kitabda tarixi fotoşəkillər-təkcə qəhrəmanların deyil, həm də dövrün hərbi fotoşəkilləri verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun