Avroliqanın finalçıları müəyyənləşdi

Avroliqanın finalçıları müəyyənləşdi
12 May 2017
Mətni dəyiş
Bu gün Avropa Liqasında finalçılar bəlli olub. Finala vəsiqə uğrunda keçirilən yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edib.
İlk oyunda rəqib meydanında 0-1 hesabı ilə qalib gələn “Mançester Yunayted” öz meydanında 1-1 hesablı heş heçə etməklə finala adlayıb.
Öz meydanında “Lion”u 4-1 hesabı ilə məğlub edən “Ayaks” təkrar oyunda 3-1  hesabı ilə məğlub olsa da, finala adlayan tərəf olub.
Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək.
“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) – 1:1 Qollar: Fellaini, 17 (1:0), Ronkaqliya, 85 (1:1) İlk oyun – 1:0
“Lion” (Fransa) – “Ayaks” (Hollandiya) – 3:1 Qollar: Dolberq, 27 (0:1), Lakazet, 45-pen (1:1); 45+1 (2:1), Qezzal, 81 (3:1) lk oyun – 1:4

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun