"Mehriban Əliyevaya məktub yazıb şikayət etdiyim üçün məndən qisas alırlar"

"Mehriban Əliyevaya məktub yazıb şikayət etdiyim üçün məndən qisas alırlar"
24 Aprel 2017
Mətni dəyiş
Bakı Dövlət Universitinin 4-cü kurs tələbəsi Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət, qanunsuzluqlarla bağlı Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevaya məktub yazdığı üçün fakultə rəhbərliyinin ondan qisas aldığını bildirir.
Abzas.net xəbər verir ki, İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbədən məhkəməyə müraciət edib və Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirli bilinməsini xahiş edib.
Zəka Mirağayev saytımıza açıqlamsında bildirib ki, o, Mehriban Əliyevaya məktubu yazan gün BDU rektoru iclas keçirib və iclasda "biz Zəka Mirağayevlə bacaracağıq" deyib:
"Daha sonra mən Mehriban xanıma məktub yazdığım üçün, Təhsil Nazirliyi məni rektorun qəbuluna yazdı. Mən də getdim. Görüşdə komissiya da gəlmişdi. Mən hiss etdim ki, onlar bu məsələnin üstünün açılmasında maraqlı deyillər. Mən onlara təkcə bir fakt dedim. Bir tələbənin dərsə gəlməməsini gizlətmək üçün dekan müavini jurnalı məhv edib. O bunu rektora təqdimat yazmadan, qanunsuz şəkildə edib. Mən bunları deyəndən sonra komissiya üzvləri jurnalı götürüb getdilər. Hiss etdim ki, məsələnin açılmasında maraqlı deyillər".
Buna da bax: Tələbə: “Təhsil Nazirliyi korrupsiyaya bulaşmış BDU ilə bacar bilmir”
Zəka Mirağayev deyir ki, bundan sonra o Təhsil Nazirinin müavini Firudin Qurbanovun da qəbulunda olub. Onun sözlərinə görə, Firudin Qorbanov ona rüşvət hallarının araşdırılmasının başqa orqanların işi olduğunu deyib.
"Təhsil Nazirliyi universitetlə bacara bilmir. Komissiya universitet daxilində yaranıb. Mən bu komisiyasının işə obyektiv baxacağına inanmadım. Ona görə ki, mənim şikayətim universitetdən kənar olub. Təhsil Nazirliyinə, ölkə rəhbərliyinə. Ona görə də, universitet daxilində yaranan bir komissiya işi bacardığı qədər ört-basdır edəcəkdi. Elə də oldu" - deyə Zəka Mirağayev bildirib.
Buna da bax: BDU-nun dekan müavini tələbəni məhkəməyə verib
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevi məhkəməyə verib.
Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini tələbənin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. N.İsmayılzadə məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun