FİFA: DÇ-2018-in mükafat fondu 400 milyon dollar olacaq

FİFA: DÇ-2018-in mükafat fondu 400 milyon dollar olacaq
8 Aprel 2017
Mətni dəyiş
FİFA 2018-ci il futbol üzrə Dünya çempionatının keçirilməsi üçün 1,948 milyard dollar investisiya qoymağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc olunmuş maliyyə hesabatında bildirilib.
Vəsaitin ən böyük hissəsi - 627 milyon dolları (32 %) oyunların təşkilinə sərf ediləcək. Turnirin mükafat fondu isə 400 milyon dollar (22 %) təşkil edəcək. Teleyayım məsələlərinə 241 milyon (12 %), futbolçuları mundialda çıxış edəcək klublara 209 milyon (11 %), digər xərclər üçün isə 211 milyon dollar (11 %) vəsait ayrılacaq.
Qeyd edək ki, 2018-ci il Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun