Azərbaycan kubokunun finalçıları müəyyənləşib [oyunlar-hesablar]

Azərbaycan kubokunun finalçıları müəyyənləşib [oyunlar-hesablar]
6 Aprel 2017
Mətni dəyiş
Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Bu gün baş tutan cavab oyunlarından sonra finalçıların adına aydınlıq gəlib.
Abzas.net xəbər verir ki, bünün ilk oyunu Qəbələdə baş tutacaq. Şəhərin eyni adlı komandası Bakının "İnter" klubunu qəbul edib. İlk oyunda 3:1 hesabı ilə qalib gələn "Qəbələ" cavab matçında da sevinən tərəf olub - 2:0. "Qırmızı-qaralar" qələbə sayəsində ölkə kubokunun finalına yüksəlib.
İkinci oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Burada "Qarabağ" "Neftçi"ni sınağa çəkib. Oyunda qalib müəyyənləşməyib - 0:0.
İlk qarşılaşmada 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi finalda "Qəbələ"nin rəqibi olub.
Final qarşılaşması mayın 5-də baş tutacaq. Azərbaycan kuboku Yarımfinal, cavab oyunları 5 aprel (çərşənbə) 16:30.
“Qəbələ” – “İnter” 2 - 0 (Qollar: Daniel Subotiç, 12, Baqali Dabo, 33)
Qəbələ şəhər stadionu (İlk oyun – 3:1)
“Qarabağ” – “Neftçi” 0 - 0
Tofiq Bəhramov adına Respublika Stadionu (İlk oyun – 2:0)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun