Səudiyyə kralı Cakartada: böyük baqaj, limuzinlər və 800 nəfərdən ibarət heyət

Səudiyyə kralı Cakartada: böyük baqaj, limuzinlər və 800 nəfərdən ibarət heyət
3 Mart 2017
Mətni dəyiş
Səudiyyə Ərəbistanın kralı Salman ibn Abdul-Aziz ibn Abdulrahman Al Saud, son 47 ildə ilk dəfə kral kimi İndoneziyaya səfər edib.
Çərşənbə günü Cakartaya çatan kralın ziyarəti, Asiya ölkələrinə geniş diplomatik səfəri çərçivəsində baş tutub. Səfər bir ay çəkəcək və kral Malayziya, Bruney, Yaponiya, Çin və Maldiv adalarına baş çəkəcək.
Kral Salmanın İndoneziyaya səfərinin təşkili ilə bağlı məlumatlar, İndoneziya mətbuatının geniş yer alıb.
Kralın böyük heyəti
Kralın Cakartaya gəlişi zamanı Səudiyyə Ərəbistanından şəhərə 459 ton müxtəlif texnika, eləcə də Mercedes firmasına məxsus iki S600 model avtomobil və iki elektrik lift gətirilib.
Gələn ləvazimatların 63 tonu Cakartada boşaldılacaq və qalan 396 ton isə kralın istirahət üçün üz tutacağı Balidəki istirahət mərkəzinə aparılacaq.
[caption id="attachment_26879" align="alignnone" width="700"] Kral ilə birlikdə Cakartaya iki Mercedes markalı S600 model avtomobil gətirilib[/caption]
Kralı 620 nəfərdən ibarət heyət müşayiət edir. Ümumilikdə isə Səudiyyə Ərəbistanı nümayəndə heyəti, 10 nazir və 25 şahzadə daxil olmaqla 800 nəfərdən ibarətdir.
Onların hər birinin Cakartaya aparılması üçün 27 aviareys təşkili nəzərdə tutulub. Baliyə isə onlar doqquz reyslə üz tutacaqlar.
Son dəfə Səudiyyə kralının İndoneziyaya səfəri 1970-ci ildə baş tutub. O zaman kral Feysal bin Abdul Aziz prezident Suxarto ilə Cakartada görüşmüşdü.
İndoneziyanın hazırkı prezidenti Coko Vidodo, Səudiyyə Ərəbistanına 2015-ci ildə baş çəkib. Onun səfərinin əsas məqsədi İndoneziya iqtisadiyyatına yatırım ilə bağlı olub.
Səfərin əsasında iqtisadiyyat və turizm dayanır
İndoneziya hökuməti, kral Salmanın səfəri zamanı neft şirkəti Aramco-ya 6 milyard dollar olmaqla, ümumi 25 milyard dollarlıq sərmayə ilə bağlı bir neçə sazişin imzalanacağını bildirib.
Kralın Balidə istirahət etməsi, sözsüz ki, bu istirahət zonasına diqqəti artıracaq.
"İndoneziyalılar üçün bu, çox qeyri-adi səfərdir," İndoneziyanın ən böyük müsəlman təşkilatı "Nahdatul Ulama"n üzvü Zuhair Misravi deyib.
"Səfər əsnasında iqtisadiyyat, mədəniyyət və turizm ilə bağlı məsələlər müzakirə olunacaq. Biz, onların İndoneziyada sərmayə ilə bağlı ciddi fikirdə olduqlarına inanmalıyıq."
[caption id="attachment_26880" align="alignnone" width="700"] İndoneziya dünyanın ən çox müsəlman yaşayan ölkəsidir, lakin, yerli İslam, Səudiyyə Ərəbistanındakı İslam ilə müqayisədə mülayim və plüralistdir.[/caption]
İndoneziyada kralın səfəri böyük diplomatik qələbə kimi qarşılansa da, bir çox şərhçilərə görə, Səudiyyə ölkəsi də öz xeyrini güdür.
Səudiyyə Ərəbistanı iqtisadiyyatının diversifikasiyası yönündə son illər addımlar atmağa başlayıb. Belə ki, büdcənin neftin ixracından gələn gəlirlərdən asılılığını azaltmaq nəzərdə tutulub.
Bu siyasətin bir hissəsi kimi turizmin inkişafı, xüsusilə də, Məkkəni ziyarət edən dindarların sayının artırılması əsas tutulur.
Sözügedən sahə hazırda Səudiyyə Ərəbistanın iqtisadiyyatında neft və qazdan sonra ikinci gəlir gətirən sahədir.
"İndoneziya artıq Səudiyyə büdcəsinə gəlir gətirən Həcc və daha az tanınan Ümrə ziyarəti üzrə əsas mənbələrdən birinə çevrilib. Səudiyyə Ərəbistanı indoneziyalı zəvvarlar üçün viza haqqını artırsa da, düşünürəm ki, bu, zəvvarların sayının azalmasına təsir etməyəcək," Zuheyr Misravi əlavə edib.
Müxtəlif cür İslamçılıq
Bəzi indoneziyalılar, Səudiyyə Ərəbistanının regiondakı digər müsəlman ölkələrinə dini təsirinin artacağından narahatdırlar.
"Biz, onların konsepsiyasına ehtiyatla yanaşmalıyıq. Səudiyyə Ərəbistanında məqbul sayılanlar, İndoneziyada sayılmaya bilər," Zuheyr Misravi deyib.
"İndoneziya hökuməti buna hazır olmalıdır. Biz ondan əzm nümayiş etdirərək səudiyyəlilərdən bizim ideologiyamıza qarışmamalı olduqlarını istəməsini tələb edirik."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun