Hollandiya millisinin baş məşqçisi istefaya göndərilib

Hollandiya millisinin baş məşqçisi istefaya göndərilib
27 Mart 2017
Mətni dəyiş
Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib.
APA-nın xəbərinə görə, istefaya komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz  çıxışı səbəb olub.
Son turda Bolqarıstana 0:2 hesabı ilə məğlub olan və 5 oyundan sonra cəmi 7 xal toplayan  Hollandiya yığması hazırda  “A”  qrupunda 4-cü pillədə qərarlaşıb.
Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Fred Qrim icra edəcək.
Qeyd edək ki, 55 yaşlı D.Blind  2015-ci ilin iyulunda baş məşqçi vəzifəsinə təyin edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun