Roy Jones ən yaxşı boksçu seçilib

Roy Jones ən yaxşı boksçu seçilib
18 Fevral 2017
Mətni dəyiş
Dörd çəki kateqoriyasında dünya çempionu olmuş Roy Jones Jr. Dünya Boks Federasiyasının versiyasına görə, 90,71 kq çəkidə planetin ən yaxşı boksçusu seçilib. 
Vilminqtonda (ABŞ, ştat Delaver) rinqdə Bobby Gunn-la görüşən boksçu 8-ci raundun əvvəlində texniki nokautla rəqibi üzərində qələbə qazanıb.
48 yaşlı boksçunun hesabında 47-si nokautla olmaqla 65 qələbə, 9 məğlubiyyət var.
Roy Jones 4 fərqli çəki kateqoriyasında ( 72,6 kq-a qədər, 76,2 kq-a qədər, 79,38 kq-a qədər və çox ağır) dünya çempionu olmuş ilk boksçudur. 2015-ci ilin sentyabrında Rusiya vətəndaşlığını aldıqdan sonra Moskvada keçirilən ilk döyüşdə məğlub olsada sonrakı iki dəfə qələbə ilə qazanıb.
43 yaşlı Gunn-ın hesabında isə 18-i nokautla olmaqla, 21 qələbə, 7 məğlubiyyət və bir heç-heçə var.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun