Rəşad Sadıqov yenə sıradan çıxdı

Rəşad Sadıqov yenə sıradan çıxdı
3 Fevral 2017
Mətni dəyiş
“Qarabağ” ciddi itki ilə üzləşib.
Ağdam klubunun kapitanı Rəşad Sadıqovun əzələsi dartıldığı üçün futbolçu 10-14 gün müddətinə sıradan çıxıb. Bu səbəbdən futbolçunun adı bu gün AZAL-a qarşı keçiriləcək Premyer Liqanın 16-cı turunun oyununun iştirakçıları sırasına salınmayıb. “Qarabağ”ın mətbuat xidmətindən Qol.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.
Bildirilib ki, futbolçu hələ Antalyadakı təlim-məşq toplanışı zamanı zədə alıb. Ötən həftə “Neftçi” ilə Premyeq Liqa oyunundan sonra isə ağrılar daha da artıb. Rəşadın iki həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun