Oscar qazanan iranlı rejissor Trump-ı tənqid edib

Oscar qazanan iranlı rejissor Trump-ı tənqid edib
27 Fevral 2017
Mətni dəyiş
Amerikanın "Oscar" Kinematoqrafiya Akademiyasının "ən yaxşı əcnəbi filmi" nominasiyasında mükafata layiq görülən Satıcı (The Salesman) filminin rejissoru Əsgər Fərhadi Donald Trump-ı "qəddar" səyahət qadağasına görə qınayıb.
Mərasimi boykot edən iranlı rejissor adından iran əsilli amerikalı çıxış edib.
Səhnədən oxunan rejissorun yazılı müraciətində deyilir ki, "dünyanı biz və "bizim düşmənlər" kateqoriyalarına bölmək qorxu yaradır".
ABŞ məhkəmələri səyahət qadağasını dayandırıb, lakin hazırda Trump administrasıyası onu bərpa etmək üçün yeni sərəncam hazırlamaqdadır.
Bundan əvvəl icra edilən sərəncam əhalisinin çoxu müsəlman olan 7 ölkədən gələn qonaq və qaçqınların ABŞ-a girişini müvəqqəti olaraq dayandırmışdı.
Cənab Fərhadini mərasımdə təmsil edən şəxslərdən biri İranda doğulmuş ABŞ mühəndisi və astronavt Anuşeh Ansari olub. O, rejissorun yazılı çıxışını oxuyub.
Çıxışda deyilir ki, rejissorun gəlməməsinə səbəb qaçqınların "ABŞ-a girişini qadağan etməklə onlara hörmətsizlik göstərən qeyri-insani qanun"dur.
Satıcı filmi bazar günü Londonun mərkəzindəki Trafalqar meydanında nümayiş etdirilib.
"Ən yaxşı əcnəbi film" nominasiyasında baş mükafata iddiaçı 6 filmin rejissoru mərasimdən əvvəl ABŞ-da "faşizm iqlimini" pisləyən bəyanata imza atıblar.
2012-ci ildə Fərhadinin "Ayrılıq" (A Separation) filmi eyni kateqoriyada qalib gəlib.
Satıcı filmi bazar günü Londonun mərkəzindəki Trafalqar meydanında nümayiş etdirilib.
Londonun meri Sadiq Khan kütləyə müraciətində deyib: "Prezident Trump məni susdura bilməz. Biz dünyanın ən böyük rejissorlarından biri, Əsgər Fərhadilə həmrəyik".
Audiomüraciətində Əsgər Fərhadi deyib: "Fərqli din, mədəniyyət və millətlərə məxsus olduğumuza rəğmən hamımız dünyanın vətəndaşlarıyıq".
27 yanvarda Donald Trump-ın imzaladığı sərəncam Iran, Iraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ölkəyə girişinə 90 günlük qadağa qoymuşdu. O, həmçinin immiqrasiya və qeyri-immiqrasiya vizalarının verilməsini dayandırmışdı.
Cənab Trump deyib ki, qərarın dinlə əlaqəsi yoxdur: "Bu terror və ölkəmizin təhülükəsiz saxlanmasına aiddir".
Sərəncamın ABŞ Konstitusiyasına zidd olmasını bildirən Washington ştatının baş prokurorluğunun müdaxiləsindən sonra qərarın icrası dayandırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun