Nazir: “Azərbaycan İslamiadaya qatılacaq ölkələrin səfər xərclərini ödəməyəcək”

Nazir: “Azərbaycan İslamiadaya qatılacaq ölkələrin səfər xərclərini ödəməyəcək”
6 Fevral 2017
Mətni dəyiş
Gənclər və idman naziri Azad Rəhimov "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə ediləcək yardım barədə açıqlama verib. 
Report-un məlumatına görə, Oyunların Əməliyyat Komitəsinin icraçı direktoru qidalanma xərclərində güzəştlərin mümkünlüyünü dilə gətirib.
O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan Oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəməyəcək: "57 ölkənin 53-ü səfər xərcini özü çəkəcək. 4 ölkənin bilet pulunu isə ərəb şirkətlərindən biri ödəyəcək. Qidalanmaya gəldikdə, iştirakçı idmançıların hər biri üçün onun ölkəsi 50 dollar ödəməlidir. İmkanı olmayanların qidalanma xərclərinə güzəşt edə bilərik".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun