Rəşad Sadıqov iki yığmanın baş məşqçisi oldu

Rəşad Sadıqov iki yığmanın baş məşqçisi oldu
13 Dekabr 2017
Mətni dəyiş

Azərbaycan yığmalarında yeni təyinatlarla bağlı məlumat açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdır. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun