"Qızıl top" Ronaldoya verildi

"Qızıl top" Ronaldoya verildi
8 Dekabr 2017
Mətni dəyiş

Fransanın “France Football" jurnalı 2017-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Abzas.net xəbər verir ki, ilin yekunlarına əsasən, "Qızıl top" Kristiano Ronaldoya təqdim edilib. İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb. Bu, Ronaldonun karyerası ərzində qazandığı beşinci “Qızıl top”dur. O, daha öncə 2008, 2013, 2014 və 2016-cı illərdə belə uğura imza atmışdı. “Qızıl top”ların sayına görə Ronaldo Messiyə çatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun