Ölkədən ixrac 8 faiz azalıb

Ölkədən ixrac 8 faiz azalıb
13 Dekabr 2017
Mətni dəyiş

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Abzas.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında deyilir.

113 ölkəyə məhsul ixrac, 180 ölkədən isə idxal olunub.

2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19 milyard 459 milyon ABŞ dolları olub. Bunda ixracın dəyəri 12 milyard 500.6 milyon dollar, idxalın dəyəri 6 milyard 958.4 milyon dollar təşkil edib. Nəticədə 5 milyard 542.2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

«2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9.4 faiz artıb. Real ifadədə isə 12 faiz, o cümlədən ixrac 8.1 faiz, idxal 18 faiz azalıb».

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun