"AzərGold" aprel-dekabr ayları ərzində 121 mln. manat gəlir əldə edib

"AzərGold" aprel-dekabr ayları ərzində 121 mln. manat gəlir əldə edib
27 Dekabr 2017
Mətni dəyiş

2017-ci ilin aprel-dekabr ayları ərzində «AzerGold» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edib.

Abzas.net xəbər verir ki, bu barədə cəmiyyətin mətbuat xidməti məlumat verib.

Məlumata görə, qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 mln. manatdan artıq gəlir gətirib.

Bundan əlavə, qurumdan 2020-ci ildə Daşkəsən rayonu ərazisində yerləşən «Çovdar» yatağında yerüstü (oksid) mərhələsinin istismarını başa çatdırmaq niyyətində olduqlarını da bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun