Rusiya yüngül atletlərinin diskvalifikasiyası qüvvədə qalır

Rusiya yüngül atletlərinin diskvalifikasiyası qüvvədə qalır
27 Noyabr 2017
Mətni dəyiş

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) antidopinq qaydalarının pozulmasına görə Ümumrusiya Yüngül Atletika Federasiyasına (VFLA) qarşı tətbiq edilən diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Rusiya milli federasiyasına qarşı diskvalifikasiya qərarı rusiyalı idmançıları Rusiya bayrağı altında beynəlxalq yarışlarda iştirak etmək imkanından məhrum edir. Onlar yarışlarda neytral statusda iştirak edə bilər. Antidopinq qaydalarının pozulduğuna görə VFLA 2015-ci ilin noyabr ayında müvəqqəti olaraq IAAF üzvlüyündən məhrum olunub. IAAF-ın bəyanatında deyilir ki, VFLA-nın bərpası üçün tələb olunan şərtləri Rusiya sonadək yerinə yetirməyib. "Yol xəritəsində qalmış beş şərtdən hazırda yalnız biri yerinə yetirilib, ikisi - qismən (məşqçilərin müvəqqəti kənarlaşdırılmasına nəzarət və testdən keçmə), və daha iki şərt yerinə yetirilməyib (Richard McLaren-nin hesabatının nəticələrinin tanınması və RUSADA-nın bərpası)", - sənəddə qeyd olunub. Təşkilatın bəyanatında deyilir ki, qeyd olunmuş şərtlər tam həcmdə yerinə yetirilməyənədək, IAAF şurası VFLA-nı bərpa etməyəcək. Ümumrusiya Yüngül Atletika Federasiyasının rəsmiləri İAAF-ın qərarından məyus olduqlarını bildirib. "IAAF-ın qərarından VFLA təəssüflənir [...] IAAF tərəfindən sifarişləri bəyənilən idmançılar növbəti mövsümdə yarışlarda neytral bayraq altında çıxış edə biləcəklər. Biz isə öz tərəfimizdən Rusiya yüngül atletikasının yalnız "təmiz" və "vicdanlı idmançılarla" təmsil olunması istiqamətində səylərimizi davam etdirəcəyik", - VFLA prezidenti Dmitri Şlyaxtin TASS-a bildirib. Dekabr ayında Beynəlxalq Olimpiya Komitəsi (IOC) Rusiyanın 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyinə dair qərar verməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun