"Çelsi"nin futbolçusu: "Qarabağ"a dörddən çox qol vura bilərdik"

"Çelsi"nin futbolçusu: "Qarabağ"a dörddən çox qol vura bilərdik"
23 Noyabr 2017
Mətni dəyiş

"Biz hər şeyi səliqəli etdik. Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik".

Bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.

Belçikalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi həmin fürsəti dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. Lakin Azarın fikrincə, komandası dörddən çox qol vurmalı idi: "Bu cür yaxşı oyunçularla çıxış etmək asandır. Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə yaxşı istirahət etməliyik. Qarşıdakı oyuna isə hazır olacağıq".

Qeyd edək ki, Eden Azar "Qarabağ"a 21-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun