"İnter" futbol klubu rəsmi şəkildə "Keşlə" PFK oldu

"İnter" futbol klubu rəsmi şəkildə "Keşlə" PFK oldu
28 Oktyabr 2017
Mətni dəyiş

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "İnter" Bakı futbol klubunun adı dəyişib. 

Abzas.net xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, “İnter” Peşəkar İdman Klubu bundan sonra “Keşlə” Peşəkar Futbol Klubu adlanacaq. Klub bununla bağlı bütün sənədləri PFL-ə təqdim edib.

"Keşlə" PFK yeni adla bu gün ilk sınağına çıxacaq. Klub saat 15:00-da "İnter Arena"da "Kəpəz"i qəbul edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun