Azərbaycanın daha bir güləşçisində dopinq tapılıb

Azərbaycanın daha bir güləşçisində dopinq tapılıb
5 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan yunan-Roma güləşçisi Zubair Dibirov 4 il müddətinə diskvalifikasiya olunub. Bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.
Dibirov 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməyib. Onun B testinin Fransanın paytaxtı Parisdə müayinədən keçirilməsi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə gənc pəhləvan 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Cəza 5 oktyabr 2016-cı ildən qüvvəyə minib.
Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi.
Qeyd edək ki, Zubair Dibirov dünya çempionatında 74 kq çəki dərəcəsində mübarizə aparıb. O, 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun