"Velikorus"ların milli iftixarı haqqında - Lenin

"Velikorus"ların milli iftixarı haqqında - Lenin
27 İyul 2016
Mətni dəyiş
Milliyәt, vәtәn haqqında indi olduqca çox danışır, müzakirә açır vә çığır­-bağır salırlar! İngiltәrәnin liberal vә radikal nazirlәri, Fransanın saysız-hesabsız "qabaqcıl" publisistlәri, Rusiyanın bir yığın rәsmi, kadet vә tәrәqqipәrvәr cızmaqaraçıları, bunların hamısı "vәtәn"in azadlığı vә müstәqilliyini, milli istiqlaliyyәt prinsipinin әzәmәtini min cür avazla tәrәnnüm edirlər. Burada kimin cәllad Nikolay Romanovu vә ya zәncilәrә, Hindistan әhalisinә işgәncә verәnlәri tәriflәyәn satqın mәddah olduğunu, kimin isə kütlük vә iradәsizlik üzündәn "axına" qoşulub gedәn adi meşşan olduğunu ayırd etmәk olmur.
Bunu ayırd etmәyin әhәmiyyәti dә yoxdur. Qarşımızda çox geniş vә çox dәrin ideya cәrәyanı durur ki, bunun köklәri böyük dövlәtlәr millәtlәrinә mәnsub mülkәdar vә kapitalist ağaların mәnafeyi ilә çox möhkәm bağlıdır. Bu siniflәr üçün faydalı olan ideyaları tәbliğ etmәkdәn ötrü ildә on vә yüz milyonlarla pul sәrf olunur: dәyirman kiçik dәyirman deyil, qatı şovinist Menşikovdan tutmuş, opportunizm vә ya iradәsizlik üzündәn şovinist olan Plexanova vә Maslova, Rubanoviçә vә Smirnova, Kropotkinә vә Burtsevә qәdәr hәr tәrәfdәn bu dәyirmana su axmaqdadır.
Biz velikorus sosial-­demokratları da bu ideya cәrayanına öz münasibәtimizi müәyyәn etmәyә çalışaq. Avropanın әn şәrqindә vә Asiyanın böyük bir hissәsindәki böyük dövlәt millәtinin nümayәndәlәri olan bizlәrә milli mәsәlәnin çox böyük әhәmiyyәtini unutmaq heç dә layiq deyildir;
 - xüsusәn elә bir ölkәdә ki, onu haqlı olaraq "xalqlar hәbsxanası" adlandırırlar;
 - xüsusәn elә bir vaxtda ki, kapitalizm mәhz Avropanın uzaq şәrqindә vә Asiyada bir sıra "yeni", böyük vә kiçik millәtlәri oyadıb şüurlandırır;
 - xüsusən elә bir vaxtda ki, çar monarxiyası bir sıra milli mәsәlәlәri birlәşmiş zadәganlar şurasının vә Quçkovlarla Krestovnikovların, Dolqorukovların, Kutlerlәrin vә Rodiçevlәrin mәnafeyinә uyğun olaraq "hәll" etmәk üçün milyonlarla velikorusu vә "özgә xalqlardan olanları" silah altına almışdır.
Biz şüurlu velikorus proletarlarına milli iftixar hissi yabancıdırmı? Әlbәttә, yox! Biz öz dilimizi vә öz vәtәnimizi sevirik, biz onun zәhmәtkeş kütlәlәrini demokratların vә sosialistlәrin şüurlu hәyatı sәviyyәsinә qaldırmaq üçün әn çox çalışanlarıq. Çar cәlladlarının, zadәganların vә kapitalistlәrin gözәl vәtәnimizi necә tәcavüz, zülm vә hәqarәtlәrә düçar etdiklәrini görmәk vә duymaq bizә daha çox ağır gәlir.
Biz fәxr edirik ki, bu tәcavüzlәrә bizim mühit, velikoruslar mühiti tәrәfindәn müqavimәt göstәrilmişdir, bu mühit Radişşevi, dekabristlәri, 70­ci illәrin inqilabçı raznoçinlәrini yetişdirmişdir, velikorus fәhlә sinfi 1905-­ci ildә kütlәlәrin qüdrәtli inqilabçı partiyasını yaratmışdır, velikorus kәndlisi eyni zamanda demokrat olmağa başlamış, keşiş vә mülkәdarı yıxmağa başlamışdır.
Biz yarım әsr bundan әvvәl velikorus demokratı Çernişevskinin, öz hәyatını inqilaba qurban verәrkәn söylәdiyi bu sözlәri xatırlayırıq: "yazıq millәt, kölәlәr millәti, başdan-­ayağa hamı kölәdir". Zahirdә vә batindә kölә olan velikoruslar bu sözlәri yadlarına salmağı sevmirlәr. Halbuki bizim fikrimizcә, bu sözlәr vәtәnә olan әsil mәhәbbәti, velikorus әhalisi kütlәlәri içәrisindә inqilabçılığın olmamasından qüssәlәnәn bir qәlbin mәhәbbәtini ifadә edәn sözlәrdir.
O zaman bu inqilabçılıq yox idi. İndi az da olsa, vardır. Bizim qәlbimiz milli iftixar hissi ilә doludur, çünki velikorus millәti dә inqilabçı sinif yaratmış vә sübut etmişdir ki, bәşәriyyәtә, yalnız böyük talanlar, dar ağacları, zindanlar, böyük aclıqlar vә keşişlәrin, çarların, mülkәdar vә kapitalistlәrin qarşısında böyük itaәt deyil, azadlıq vә sosializm uğrunda mübarizәnin böyük nümunәlәrini vermәyә dә qadirdir.
Bizim qәlbimiz milli iftixar hissi ilә doludur, mәhz buna görә dә biz öz keçmiş kölәliyimizә (o zaman zadәgan mülkәdarlar Macarıstanın, Polşanın, İranın, Çinin azadlığını boğmaq üçün kәndlilәri müharibәyә aparırdılar) vә indiki kölә vәziyyәtimizә xüsusilә nifrәt edirik, çünki indi yenә hәmin mülkәdarlar, kapitalistlәrin yardımı ilә Polşa vә Ukraynanı boğmaq üçün, İran vә Çindә demokratik hәrәkatı әzmәk üçün, bizim velikorus milli lәyaqәtimizi rüsvay edәn Romanovlar, Bobrinskilәr, Purişkeviçlәr güruhunu güclәndirmәk üçün bizi müharibәyә aparırlar.
Hәr kәs ki kölә doğulmuşsa, bunun üçün müqәssir deyildir; lakin öz azadlığı üçün çalışmaqdan kifayәtlәnmәyib, öz kölәliyinә haqq qazandıran vә bunu bәzәyәn (mәsәlәn, Polşanı, Ukraynanı vә i. a. boğmağı velikorusların "vәtәnini müdafiә" adlandıran) bir kölә haqlı olaraq hiddәt, nifrәt vә ikrah hissi oyadan bir gәda vә qanmazdır.
"Özgә xalqlara zülm edәn bir xalq azad xalq ola bilmәz", XIX әsr ardıcıl demokratiyasının әn böyük nümayәndәlәri vә inqilabçı proletariatın müәllimlәri olan Marks vә Engels belә demişlәr. Buna görә dә qәlblәri milli iftixar hissi ilә dolu olan biz velikorus fәhlәlәri, hәr necә olursa­ olsun, elә azad, sәrbәst, müstәqil, demokratik, respublikaçı vә başı uca bir Velikorossiya istәyirik ki, o öz qonşuları ilә münasibәtlәrini, böyük millәti alçaldan tәhkimçi imtiyazlar prinsipi üzәrindә deyil, insancasına bәrabәrlik prinsipi üzәrindә qursun.
Mәhz belә bir Velikorossiya istәdiyimiz üçün biz deyirik: XX әsrdә Avropada (uzaq şәrq Avropasında olsa da) öz vәtәninin monarxiyasına, mülkәdarlarına vә kapitalistlәrinә, yәni vәtәnimizin әn pis düşmәnlәrinә qarşı hәr cür inqilabi mübarizә aparmadan, "vәtәni müdafiә" etmәk olmaz; ­ velikoruslar, Velikorossiya әhalisinin 9/10-­u üçün әn az bәla olmaq etibarilә çarizmin hәr cür müharibәdә mәğlub olmasını arzu etmәdәn, "vәtәni müdafiә" edә bilmәzlәr, çünki çarizm әhalinin 9/10­-unu hәm iqtisadi, hәm dә siyasi cәhәtdәn nәinki әzir, hәtta onu mәnәvi cәhәtdәn korlayaraq, alçaldaraq, lәkәlәyәrәk, әxlaqını pozaraq özgә xalqlara zülm etmәyә alışdırır, öz rüsvayçılığını ikiüzlü, saxta vәtәnpәrvәrlik ibarәlәri ilә gizlәtmәyә alışdırır.
Bizә etiraz edib deyә bilәrlәr ki, çarizmdәn başqa vә onun qanadı altında digәr bir tarixi qüvvә, yәni velikorus kapitalizmi artıq meydana gәlmiş vә möhkәmlәnmişdir; bu kapitalizm böyük vilayәtlәri iqtisadi cәhәtdәn mәrkәzlәşdirmәk vә birlәşdirmәklә mütәrәqqi iş görür. Lakin bu cür etiraz bizim sosial-­şovinistlәrә haqq qazandırmır, әksinә, onları daha da tәqsirlәndirir, çünki onları çar tәrәfdarı vә purişkeviççi sosialist adlandırmaq lazımdır (necә ki, Marks lassalçıları kralçı-­prussiyaçı sosialist adlandırmışdır).
Hәtta belә fәrz edәk ki, tarix mәsәlәni yüz bir kiçik millәtin әleyhinә olaraq velikorus böyük dövlәt kapitalizmi xeyrinә hәll edәcәkdir. Belә bir şeyin olması qeyri-­mümkün deyildir, çünki kapitalın bütün tarixi tәcavüz vә soyğunçuluq, qan vә rәzalәt tarixidir. Hәm dә biz heç dә millәtlәrin hökmәn xırdalığı tәrәfdarı deyilik; başqa şәrtlәr bәrabәr olduqda biz şübhәsiz, mәrkәzlәşdirmә tәrәfdarıyıq vә meşşan idealı olan federativ münasibәtlәrә ziddik. Lakin, hәtta bu halda da, әvvәlәn, Ukraynanı vә s. boğmaq üçün Romanova ­Bobrinskiyә-Purişkeviçә kömәk etmәk bizim işimiz deyil (hәlә sosialistlәr bir yana qalsın), demokratların işi deyil.
Bismark öz üsulu ilә yunkercәsinә mütәrәqqi tarixi bir iş görmüşdür, lakin buna әsasәn sosialistlәrin Bismarka kömәk etmәsinә haqq qazandırmaq fikrinә düşә bilәcәk "marksist" әcәb marksist olardı! Hәm dә Bismark, başqa xalqların zülmü altında әzilәn dağınıq almanları birlәşdirmәklә iqtisadi inkişafa yardım edirdi.
Velikorossiyanın iqtisadi tәrәqqisi vә sürәtlә inkişaf etmәsi isә ölkәni, velikorusların başqa xalqlar üzәrindәki zülmündәn xilas etmәyi tәlәb edir. Bizdә Bismarkın az qala tayı olan xalis­rus Bismarklarına pәrәstiş edәnlәr bu fәrqi unudurlar.
İkincisi, әgәr tarix mәsәlәni velikorus böyük dövlәt kapitalizmi xeyrinә hәll etsә, bundan o nәticә çıxır ki, kapitalizmin doğurduğu kommunist inqilabının başlıca hәrәkәtverici qüvvәsi olan velikorus proletariatının sosialist rolu daha böyük olacaqdır. Proletariatın inqilabı üçün isә fәhlәlәrin uzun müddәt tam milli bәrabәrlik vә qardaşlıq ruhunda tәrbiyә edilmәsi lazımdır.
Demәli, mәhz velikorus proletariatının mәnafeyi nöqteyi-­nәzәrindәn kütlәlәri uzun müddәt tәrbiyә etmәk, velikorusların zülmü altında olan bütün millәtlәrin tam bәrabәrliyini vә öz müqәddәratını tәyin etmәk hüququnu әn qәti, әn ardıcıl, әn cәsarәtli vә inqilabi şәkildә müdafiә etmәk mәnasında tәrbiyә etmәk lazımdır.
Velikorusların (gәdacasına başa düşülmәyәn) milli iftixarı mәnafeyi velikorus (vә bütün başqa) proletarların sosialist mәnafeyinә uyğundur. On illәrlә İngiltәrәdә yaşayıb yarı ingilis olan vә ingilis fәhlәlәrinin sosialist hәrakatı mәnafeyi üçün İrlandiyaya azadlıq vә milli istiqlaliyyәt tәlәb edәn Marks bizim üçün bir nümunә olaraq qalacaqdır.
Bizim kobud sosialist şovinistlәr, Plexanov vә başqaları isә gözdәn keçirdiyimiz axırıncı vә ehtimal olunan halda, nәinki öz vәtәninә, azad vә demokratik Velikorossiyaya, hәtta Rusiyadakı bütün xalqların proletar qardaşlığına, yәni sosializm işinә dә xәyanәt etmiş olacaqlar.
Tərcümə: Elməddin Səmədzadə

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun