İtaliya Superkubokunun qalibi müəyyənləşib

İtaliya Superkubokunun qalibi müəyyənləşib
24 Dekabr 2016
Mətni dəyiş
İtaliya Superkubokunun qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, son çempion "Yuventus"la kubokun finalçısı "Milan" arasında Qətərin paytaxtı Dohada keçirilən matç milanlıların oyunsonrası penalti seriyasında qələbəsi ilə nəticələnib.
Oyunda hesabı 18-ci dəqiqədə Turin klubunun müdafiəçisi Corco Kyellini açıb. Bundan 20 dəqiqə sonra Canfranko Bonaventura tarazlığı bərpa edib. Əsas vaxtı 1:1 yekunlaşan qarşılaşmada əlavə 30 dəqiqədə də hesab dəyişməyib. Görüşdən sonra penaltilər seriyasında "Milan" 4:3 hesabı ilə qalib gəlib.
Bu, Milanın eyniadlı təmsilçisinin tarixində qazandığı 7-ci İtaliya Superkuboku olub. Bu göstəricidə rekordçu olan "Yuventus"a çatan "Milan" daha öncə 1988, 1992, 1993, 1994, 2004 və 2011-ci illərdə həmin titulu qzaanıb. Bundan əlavə, komanda 5 ildən sonra titul qazanıb. Sonuncusu də elə ölkə Superkuboku olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun