Fransada respublikaçıların növbəti tele-debatı keçirilib

Fransada respublikaçıların növbəti tele-debatı keçirilib
18 Noyabr 2016
Mətni dəyiş
Fransada 2017-ci ildə keçiriləcək prezident seçkilərində mərkəz sağ Respublikaçılar partiyasının namizədi olmaq üçün 7 siyasətçi 20 noyabrda keçiriləcək ilk turdan qabaq son dəfə tele-debata çıxıblar.
Rəy sorğularına görə birinci yerdə gedən keçmiş baş nazir Alain Juppe Türkiyədə baş verən hadisələrin Avropa İttifaqına üzvlüyünü daha da çətinləşdirdiyini bildirib. "Türkiyədə rejim bizim istədiyimiz demokratik istiqamətə doğru dəyişməsə də iki ölkə arasındakı münasibətləri qorumalıyıq" - deyə Juppe bildirib.
Fransanın keçmiş prezidenti Nicolas Sarkozy də Türkiyənin Aİ üzvlüyünə qarşı olduğunu təkrar edib. Sarkozy Türkiyənin artıq Avropaya deyil Asiyaya aid olduğunu bildirib. "Mən Aİ fikrinə bağlı biriyəm və ittifaqdan çıxmağın tərəfdarı deyiləm, ancaq etiraf etmək lazımdır ki, Aİ da yaxşı işləmir" - deyə əlavə edib.
Hər iki namizəd Suriya mövzusunda da eyni mövqe sərgiləyib. Nicolas Sarkozy 250 min nəfərin ölümündə əsas günahkarın Bəşər Əsad olduğunu və Suriyanın gələcəyində Əsadın yerinin olmadığını bildirib. Alain Juppe də oxşar fikirlər səsləndirib.
Qeyd edək ki, Respublikaçılar partiyasını prezident seçkilərində təmsil edəcək namizəd 20 və 27 niyabrda keçiriləcək ilkin seçkilərdən sonra məlum olacaq. Prezident seçkilərinin birinci turu 23 apreldə, ikinci turu isə 7 mayda keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun