Çempionlar Liqasında V tura yekun vurulub - NƏTİCƏLƏR

Çempionlar Liqasında V tura yekun vurulub - NƏTİCƏLƏR
24 Noyabr 2016
Mətni dəyiş
Çempionlar Liqasında V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında növbəti matçlar baş tutub.
A qrupunda növbəti mərhələyə vəsiqəni ötən turda təmin edən “Arsenal”la PSJ Londonda üz-üzə gəliblər. Görüş bərabərliklə başa çatıb - 2:2. “Ludoqorets”lə “Bazel” də eyni nəticəyə razılaşıblar. Ancaq bu oyunda qol olmayıb.
B qrupunda autsayder “Dinamo”nu (Kiyev) qəbul edən “Napoli” ukraynalıların müqavimətini qıra bilməyib - 0:0. “Beşiktaş”la “Benfika”nın mübarizəsi isə möhtəşəm olub. “Qartallar”ın 0:3 hesabı ilə geri düşdükləri oyunu 3:3 hesablı bərabərliklə yekunlaşdıra biliblər. Bu nəticə ilə Şenol Günəşin yetirmələri qrupdan çıxmaq şanslarını son tura saxlayıblar.
C qrupunda hər şeyə bu turda aydınlıq gəlib. “Mançester Siti” Mönhenqladbaxda “Borussiya” ilə heç-heçə oynayıb, “Barselona” isə “Seltik”ə səfər görüşündə qalib gələrək növbəti mərhələni təmin ediblər.
D qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirən “Atletiko” ilə “Bavariya” autsayderlərlərlə qarşılaşıblar. Gözlənilmədən "Rostov"a uduzan "Bavariya" liderliyi PSV-yə qalib gələn "Atletiko"ya təhvil verib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
23 noyabr
A qrupu
“Arsenal” (İngiltərə) – PSJ (Fransa) - 2:2
Qollar: Jiru, 45 (pen.), Veratti, 60 (öz qapısına) - Kavani, 18, Moura, 77
“Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə) - 0:0
1.
Arsenal
5
3
2
0
14:5
11
2.
PSJ
5
3
2
0
11:5
11
3.
Bazel
5
0
2
3
2:8
2
4.
Ludoqorets
5
0
2
3
4:13
2
B qrupu
“Beşiktaş” (Türkiyə) – “Benfika” (Portuqaliya) - 3:3
Qollar: Cenk Tosun, 58, Quaresma, 82 (pen.), Abubakar, 89 - Quedeş, 10, Semedo, 25, Feysa, 31
“Napoli” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:0
1.
Napoli
5
2
2
1
9:7
8
2.
Benfika
5
2
2
1
9:8
8
3.
Beşiktaş
5
1
4
0
9:8
7
4.
Dinamo
5
0
2
3
2:6
2
C qrupu
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:1
Qollar: Raffael, 23 - David Silva, 45
“Seltik” (Şotlandiya) – “Barselona” (İspaniya) - 0:2
Qollar: Messi, 24, 55
1.
Barselona
5
4
0
1
16:4
12
2.
Mançester Siti
5
2
2
1
11:9
8
3.
Borussiya M.
5
1
2
2
5:8
5
4.
Seltik
5
0
2
3
4:15
2
D qrupu
“Rostov” (Rusiya) – “Bavariya (Almaniya) - 3:2
Qollar: Azmun, 44, Poloz, 50, Noboa, 67 - Duqlas Kosta, 36, Bernat, 52
“Atletiko” (İspaniya) – PSV (Hollandiya) - 2:0
Qollar: Qameyro, 55, Qrizman, 66
1.
Atletiko
5
5
0
0
7:1
15
2.
Bavariya
5
3
0
2
13:6
9
3.
Rostov
5
1
1
3
6:12
4
4.
PSV
5
0
1
4
4:11
1
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun