Jurnalist Şəmşad Ağanın müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir

Jurnalist Şəmşad Ağanın müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir İllustrasiya: Meydan TV
18 September 2025
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbs edilən jurnalist, “Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev (Ağa) səhhətində ciddi problemlərin yarandığı bildirilir.
 
Bu barədə ailəsi “Meydan TV”yə məlumat verib.
 
Bildirilir ki, Ağayev mədə-bağırsaq problemlərinə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Jurnalistin mədə xorasından əziyyət çəkdiyi deyilir.

Şəmşad Ağayev bu ilin fevralın 5-də “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan qrup tərəfindən qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb. Avqust ayında isə ittihamlar daha da ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtalaşdırma maddələri əlavə olunub.

Sentyabrın 16-da məhkəmə qərarı ilə Ağayevin həbs müddəti daha 3 ay uzadılıb.

Jurnalist bütün ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Related News

Subscribe to stay updated