Prezidentin Ağdamda açılışını etdiyi hotel öz ailə şirkətinə məxsus imiş

Prezidentin Ağdamda açılışını etdiyi hotel öz ailə şirkətinə məxsus imiş Foto: President az
20 September 2024
Mətni dəyiş

“Pasha Holding”ə bağlı şirkətə aid olan “Aghdam City Hotel” vaxtilə Ağdamdan didərgin düşmüş məcburi köçkünlərə məxsus mülklərin xarabalıqları üzərində tikilib

Birinci hissə

Prezident İlham Əliyev ötən il həyata keçirilən hərbi əməliyyatların ildönümündə oğlu Heydər Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər edib. O, sentyabrın 19-da Ağdam, Xankəndi və Şuşada bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak edib. Ölkə başçısı bu səfər çərçivəsində Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə inşa edilmiş “Aghdam City Hotel” kompleksinin açılışını da edib.

2022-ci il oktyabrın 4-də təməli qoyulan bu hotel Ağdam şəhəri bərpa olunmağa başlayandan sonra açılan ilk ulduzlu oteldir. “Aghdam City Hotel”in “Linkedin” səhifəsinə yerləşdirilən məlumatda belə deyilir. 130 nömrədən ibarət olan 5 mərtəbəli hoteldə restoranlar, fitnes və spa mərkəzi, iclas və banket zalları fəaliyyət göstərəcək.

“Aghdam City Hotel”in prezident ailəsi üçün əhəmiyyətini təməlqoyma mərasimindən olan çəkilişlərdən də görmək mümkündür. 2022-ci ilin oktyabrında Prezident əlindəki kapsulu hotelin təməlinə atanda onu kənardan müşayiət edərək alqışlayanlardan biri də birinci vitse-prezident olan həyat yoldaşı Mehriban Əliyeva idi. 

Foto: “president.az”

Bəs bu hotelin sahibi kimdir?

Şirkətlərin reyestr məlumatlarını araşdıranda məlum olur ki, son 1 ildə məhz “Aghdam City Hotel” adlı şirkət qeydiyyata alınmayıb. “Aghdam City Hotel” bu il aprelin 19-da "Yeni Ağdam Hotel Company" MMC adı altında dövlət qeydiyyatına alınıb. “Google Earth” üzərindən görüntüləri araşdıranda isə məlum olur ki, hotelin yerləşdiyi ərazidə tikinti işlərinə hazırlıq 2021-ci ilin avqustunda başlayıb.

Rəsmi məlumatlarda nizamnamə kapitalı 100 manat olan "Yeni Ağdam Hotel Company" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-dür. Şirkət prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaya məxsus “Pasha Holding”lə eyni ünvanda qeydiyyatdan keçirilib.

Amma bu, "Yeni Ağdam Hotel Company" MMC-ni “Pasha Holding”ə bağlayan yeganə ip ucu deyil. Türkiyədə hotelçilik sektorunun tanınan simalardan biri, eyni zamanda "Yeni Ağdam Hotel Company" MMC-nin huquqi təmsilçisi olan Türkiyə vətəndaşı Murat Kodanın rəsmi "Linkedin" hesabında qeyd olunub ki, o, hazırda Azərbaycanın "PMD Hospitality" şirkətində fəaliyyət göstərir. 

Görüntü: “Aghdam City Hotel”in internet səhifəsi

“Aghdam City Hotel”in hələ tam istifadəyə verilməyən internet səhifəsində də marka olaraq "PMD Hospitality"nin adı qeyd olunur.

“PMD Group”un bir hissəsi olan "PMD Hospitality" 2016-cı ildə yaradılıb. Sonradan şirkət eyni brend adı altında ayrıca dövlət qeydiyyatına alınsa da, o, “Pasha Holding”in çətiri altında olan “PMD Group” MMC-nin tərkibinə daxildir.

"PMD Hospitality"nin tərkibinə “Qalaaltı Hotel & Spa”, “Shamakhi Palace Sharadil”, “Lankaran Springs Wellness Resorts”, “Exelsior Hotel &Spa”, “Chenot Palace Gabala”, “Garabag Resort & Spa”, “Chinar Hotel & Spa Naftalan”, “Gashalti Health Hotel Naftalan”, “Goygol Lake Resort”, “Paulander Brauhaus”, “Badamdar Hotel & Residences” kimi hotel və tibbi müalicə müəssisələri də daxildir.  

 

Görüntü: “Google Earth”

Amma “Aghdam City Hotel”i digərlərindən fərqləndirən bir məqam var. Hotelin tikildiyi ərazi heç də boş olmayıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbayanın nəzarətinə keçən Ağdam şəhərinin fəzadan çəkilmiş fotolarına baxanda məlum olur ki, hotel məcburi köçkünlərə məxsus fərdi yaşayış evlərinin qalıqlarının üzərində tikilib.

Related News

Subscribe to stay updated