Həbsində naziri günahlandıran iş adamı təcridxanada özünə qəsd edib

16 March 2024
Mətni dəyiş

ARAŞDIRILMAYAN CİNAYƏTLƏR: 21-Cİ SERİYA - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İlham Əliyev sonuncu dəfə yenidən prezident seçiləndən sonra əmək və əhalinin sosial müdafiəsi naziri olan Sahil Babayev də əksər həmkarları kimi yenidən eyni vəzifəyə təyin edildi.

Sahil Babayev nazir postuna qədər parlamentin sədr müavininin köməkçisindən tutmuş, iqtisadiyyat nazirinin müavininə qədər bir sıra vəzifələrdə çalışıb. O, birinci dəfə nazir postuna 2018-ci ildə təyin olunub. Elə o vaxtdan bəri təqaüdlər, ünvanlı sosial yardım, əlillik dərəcəsi və s. kimi məsələlərlə bağlı nə Sahil Babayev, nə də onun rəhbərlik etdiyi dövlət qurumu haqqında şikayətlərin ardı-arası kəsilib. Nazirin adı bu şikayətlərlə yanaşı, külli miqdarda yeyinti ilə bağlı cinayət işində də keçir.

Söhbət Qarabağ müharibəsi əlilləri üçün bölgələrdə evlərin tikintisi üçün ayrılan vəsaitlərin mənimsəmələrdən gedir.

Related News

Subscribe to stay updated