7 Yanvar 2021
Mətni dəyiş
Twitter sosial şəbəkəsinin rəhbərliyi ABŞ-da ilk iğtişaşlardan sonra hal-hazırki prezident Donald Trampın hesabını 12 saatlıq bloklayıb. Twitter bunu onunla izah edib ki, prezidentin sosial şəbəkədən müraciətində zorakılığa çağırış olub.
Yanvarın 6-sı axşam isə Twitter Ağ Evin rəhbərinin iki statusunu silib. Onların birində yenə də Tramp "oğurlanmış səslər"dən bəhs edir, amma səslərin oğurlanması ilə bağlı heç bir sübut ortaya qoymur, digər statusunda isə Tramp tərəfdarlarını ABŞ Konqressinin önündən çəkilərələr evlərinə qayıtmağa çağırır. Xatırladaq ki, Tramp tərəfdarları Vaşinqtrondakı Konqress binasının önündə topalanmağa başlayanda Konqressdə prezident seçkilərinin nəticələri müzakirə olunurmuş.
Twitter Birləşmiş Ştatlar prezident seçkiləri kampaniyası zamanı indiki prezidentin tvittlərini dəfələrlə çaşqınlıq yaratdığı ittihamı ilə silmişdi. Bundan əvvəl 2020-ci ilin yay aylarında seçki kampaniyası zamanı Trampın hesabı müvəqqəti bloklanmışdı. Twitter bu addımını prezidentin Covid-19 virusu ilə bağlı yalan informasiyalar yaymağı ilə əlaqələndirirdi.