Türkiyədə yeni rektorun təyininə etiraz edən 17 tələbə gecəykən həbs edilib

Türkiyədə yeni rektorun təyininə etiraz edən 17 tələbə gecəykən həbs edilib
5 Yanvar 2021
Mətni dəyiş

Türkiyədə artıq bir həftədir ölkənin ən qədim və köklü universitetlərindən olan Boğaziçi Universitetinə kənardan yeni rektor professor Melih Bulunun təyin edilməsinə etiraz edən 17 tələbənin evinə polis bu gün səhərə yaxın basqın edərək həbs edib. Tələbələrin həbs edilməsindən sonra universitetdə etirazlar hələ də davam edir.

Vaxtilə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizəd olan Melih Bulunun Rəcəb Tayyib Ərdoğan tərəfindən Boğaziçi Universitetinə rektor olaraq təyin olunmasına etiraz edən universitet müəllimləri də təhvil-təslim prosesi zamanı rektorluq binasına arxalarını çevirərək etiraz ediblər.

Akademik cübbələrini geyinərək rektorluq binasının önünə gələn universitet müəllimləri demokratik qaydalara zidd olaraq partiya üzvü olan adamın universitetə rektor təyin edilməsini qınayıblar.

Digər tərəfdən İstanbul Polis İdarəsindən edilən açıqlamaya görə, Boğaziçi Universitetinin əsas qapısı qarşısında üzərində "Universitetimizdə qəyyum rektor istəmirik" yazılan poster tutaraq etiraz edən 17 nəfər tələbənin bu gün səhər saat 05:00-da həbs olunduğu daha 9 nəfərin axtarışda olduğu bəyan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun