Yunanıstan 2021-ci ildə müdafiə büdcəsində silahlanmanın payını 5 dəfə artıraraq 2,5 milyard avroya qaldırıb.
Yunanıstan parlamentində büdcə müzakirələrindən sonra 2021-ci ilin dövlət büdcəsi qəbul edilib. Dövlət büdcəsində müdafiə xərvləri kimi nəzərdə tutulan 5.49 milyard avronun 2.5 milyardı silahlanmaya ayrılıb.
18 ədəd döyüş təyyarəsi alır
Baş nazir Kiryakos Miçotakis patlamentdəki çıxışında bildirib ki, Fransadan 18 ədəd döyüş təyyarəsi alınır. Bununla bağlı müqavilə bir neçə gün içində imzalanacaq və döyüş təyyarələri gələn il Yunanıstana veriləcək.
Ölkənin bütün çətinliklərinə baxmayaraq, hərbi xərclərin artırılmasının vacibliyindən danışan nazir hökumətin döyüş təyyarələri ilə yanaşı helikopterlər, pilotsuz uçuş aparatları almağı, eyni zamanda, mövcud F-16 donanmalarının yeniləməyi planlaşdırdığını bildirib.
10 ildə 10 milyard avro
Atina rəhbərliyi gələcək 10 ildə silahlanmaya 10 milyard xərcləyəcəyini açıqlamışdı.
10 ildir iqtisadi böhran içində olan ölkə 2008-ci ildə 7.24 milyard olan müdafiə büdcəsini 2018-ci ildə 3.74 milyard avroya qədər düşürdüb.
2019-cu ildə müdafiə büdcəsini 3.38 milyard avro olataq təsdiqləyən Atina rəhbərliyi silahlanma payını 542 milyon 779 min avro nəzərdə tutmuşdu.
Yunanıstanda 2020-ci ildə müdafiə büdcəsi 3.97 milyard avro nəzərdə tutulmuşdu. Bundan 540 milyon 692 min avro silahlanmanın payına düşmüşdü.